“Mançester Yunayted” Mourinyonun komandası ilə bacarmadı
27 avqust 2013 10:50 (UTC +04:00)

“Mançester Yunayted” Mourinyonun komandası ilə bacarmadı

İngiltərə çempionatında 2-ci turun son oyunu “Mançester Yunayted” və “Çelsi” komandaları arasında keçirilib. Lent.az-ın məlumatına görə, bu, Devid Moyesin “qırmızı şeytanlar”a baş məşqçi təyinatından, Joze Mourinyonun isə “Çelsi”yə qayıdışından sonra onlar arasında ilk qarşıdurma olub.

 

Mançesterdəki “Old Trafford” stadionunda baş tutan qarşılaşmada hesab açılmayıb. Bu nəticədən sonra “Çelsi” 7 xalla liderliyə yiyələnib. Amma “zadəganlar” avqustun 30-da Almaniya “Bavariya”sı ilə UEFA Super Kuboku uğrunda matça çıxacaqlarından, daha öncə 3-cü turun oyununu da keçiriblər. “Mançester Yunayted” isə 2 oyundan 4 xalla 4-cü pillədə qərarlaşıb.

 

Qeyd edək ki, “qırmızı şeytanlar” növbəti turda da daha bir güclü rəqib “Liverpul”la üz-üzə gələcəklər. Bu oyun sentyabrın 1-də olacaq. “Çelsi” isə sentyabrın 14-də 4-cü tur matçında “Everton”un qonağı olacaq. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 864

Oxşar yazılar