“İran Futbol Federasiyası azərbaycanlılara qarşı irqçiliyə göz yumur”
10 may 2013 12:32 (UTC +04:00)

“İran Futbol Federasiyası azərbaycanlılara qarşı irqçiliyə göz yumur”

 

İran Futbol Federasiyası (İFF) “Traktorsazi” komandasının oyunları zamanı azərbaycanlıların ünvanına yönələn irqçi davranışlara göz yumur. Lent.az-ın məlumatına görə, bu barədə İran futbolunu çoxdan müşahidə edən şəxslərdən biri “eurasiareview.com”a açıqlama verib.

 

Həmin şəxs bildirib ki, İran Azərbaycanının paytaxtı Təbrizi təmsil edən klubu çoxları etnik və milli bağlılığın təzahürü hesab edir. “Traktorsazi” hara getsə, komandanın əleyhdarları təhqiramiz şüarlar səsləndirirlər. Onlar hətta eşşək səsi çıxarırlar: “Mən yeniyetmə olduğum vaxt məhz bunun üstündə düşən insidenti xatırlayıram”.

 

Müşahidəçinin fikrincə, İFF-in belə hallara göz yumması dövlət səviyyəsində digər millətlərə qarşı ayrı-seçkilikdən irəli gəlir.

 

Qeyd edək ki, FİFA futbolda irqçilik hallarına qarşı ciddi mübarizə aparır. Lakin Yaxın Şərq ölkələrində, o cümlədən, İranda belə hallar cəzasız qalmaqdadır. 

# 691
avatar

Oxşar yazılar

Şahruddinin komandası xalsız qaldı

Şahruddinin komandası xalsız qaldı

18 may 2024 , 02:17
14 yaşında Maradonanın rekordunu qırdı

14 yaşında Maradonanın rekordunu qırdı

18 may 2024 , 00:23
Tomas Tuxel "Bavariya"da  bu şərtlərlə   qala bilər

Tomas Tuxel "Bavariya"da bu şərtlərlə qala bilər

17 may 2024 , 19:49
Van Persi  baş məşqçi   oldu

Van Persi baş məşqçi oldu

17 may 2024 , 15:25
Xavi "Barselona"dan göndərildi:  Qərar verildi

Xavi "Barselona"dan göndərildi: Qərar verildi

17 may 2024 , 14:56
Suares “İnter Mayami”də Messidən 14 dəfə az   qazanır

Suares “İnter Mayami”də Messidən 14 dəfə az qazanır

17 may 2024 , 13:02
İlin ən çox qazanan  futbolçusu bəlli oldu

İlin ən çox qazanan futbolçusu bəlli oldu

17 may 2024 , 09:57
Dünyanın ən çox maaş alan idmançıları – SİYAHI

Dünyanın ən çox maaş alan idmançıları – SİYAHI

17 may 2024 , 05:50