“İnter”  “Kəpəz”in hücumçusunu aldı
10 yanvar 2013 11:20 (UTC +04:00)

“İnter” “Kəpəz”in hücumçusunu aldı

Bakının “İnter” futbol komandası ilk qış transferini həyata keçirib. Lent.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, paytaxt klubu Gəncə “Kəpəz”inin hücumçusu Yuri Fomenko ilə müqavilə bağlayıb.

 

Ukraynalı forvard qarşıdakı 6 ay müddətində paytaxt təmsilçisinin formasını geyinəcək.

 

Qeyd edək ki, 26 yaşlı Yuri Fomenko karyerası ərzində Ukraynanın MFK “Nikolayev”, “Stal” (Alçevsk), “Prikarpatye” (İvano-Frankovsk) və “Helios” (Xarkov) klublarında çıxış edib. 2011-ci ildən “Kəpəz”də forma geyinmiş forvard Azərbaycan Premyer Liqasında 50 oyuna 14 qola imza atıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 564
avatar

Oxşar yazılar