Türkiyənin “Fənərbağça” klubunun sabiq futbolçusu Selçuk Yula dünyasını dəyişib. Lent.az-ın məlumatına görə, Yula 53 yaşında ikən ürəktutmasından vəfat edib.
Xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, 1959-cu ildə Ankarada dünyaya gələn Selçuk Yula futbola “Şəkərspor”un uşaq komandalarında başlayıb. Yula 1979-cu ildə “Fənərbağça”ya keçərək, 7 il bu klubun şərəfini qoruyub. O, 2 mövsüm bombardir olub. Sonradan Yula Almaniyanın “Blau Berlin” (1986-1987) və Türkiyənin “Sarıyer” (1987 – 1991) komandalarında çıxış edib, futbolçu karyerasına isə 1992-ci ildə “Qalatasaray”da son qoyub. O, son zamanlar idman şərhçisi kimi Topaz Premyer Liqasında ayın futbolçularının mükafatlandırma mərasimlərinə müntəzəm qatılıb.