“Bakıda ən yaxşı olimpiada keçirəcəyik”
06 may 2013 12:51 (UTC +04:00)

“Bakıda ən yaxşı olimpiada keçirəcəyik”

“Azərbaycan çox mühüm, dünya miqyaslı idman tədbirləri ərəfəsindədir. Bunların içərisində 2015-ci ildə Dünya Kuboku, 2016-cı ildə Şahmat Olimpiadası da var”. Lent.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Şahmat Federasiyasının (AŞF) prezidenti Elman Rüstəmov deyib.

 

Onun fikrincə, hazırda Bakıda keçirilən Beynəlxalq Şahmat Federasiyasının (FİDE) Prezident Şurasının iclası olduqca mühüm tədbirdir. Tədbirin Azərbaycanda ilk dəfə təşkil olunduğunu xatırladan Rüstəmov bildirib ki, bu, ölkəmizdə şahmatın, idmanın inkişafına verilən diqqətin göstəricisidir.

 

AŞF prezidenti əsas vəzifələrinin Dünya Kuboku və olimpiadaya hazırlığın gedişinə, potensialına baxışdan ibarət olduğunu söyləyib: “Biz yarışlar üçün nəzərdə tutulan obyektlərə gedəcəyik və onlara baxacağıq. Prezident Şurasının üzvləri də burada iştirak edəcəklər. Əminəm ki, ölkəmizin potensialı indiyədək keçirilmiş olimpiadalar arasında ən yaxşısını təşkil etməyə imkan verir”.

 

Qeyd edək ki, Dünya Kuboku və Ümumdünya Şahmat Olimpiadasının “Baku Crystal Hall”da keçiriləcəyi gözlənilir.

# 740
avatar

Oxşar yazılar