“Bakı”nın futbolçusuna viza vermədilər
10 yanvar 2013 10:55 (UTC +04:00)

“Bakı”nın futbolçusuna viza vermədilər

Qış fasiləsindən sonra bir araya gələn “Bakı” futbol komandası klubun təlim-məşq bazasında ilk məşqinə çıxıb. Lent.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, hazırlıq prosesi baş məşqçi Bojidar Bandoviçin rəhbərliyi altında baş tutub.

 

İlin ilk məşqinə viza məsələsində problemlə üzləşdiyi üçün toplanış gününə qədər ölkəmizə gələ bilməyən müdafiəçi Edemir Rodrigez və son çempionat oyununda zədələnərək xəstəxanaya düşən qapıçı Edin Nuredineski qatılmayıb. Makedoniyalı qolkiperin düşərgəyə 2 gün sonra gələcəyi gözlənilir. Boliviyalı müdafiəçinin isə probleminin nə zaman həll olunacağı məlum deyil. Məruz qaldığı cərrahiyyə əməliyyatından sonra bərpa dövrü keçən kosta-rikalı hücumçu Uinston Parks isə komandaya fevralın əvvəllərində qoşulacaq. Əvəzində AZAL-dan transfer olunan müdafiəçi Aqil Nəbiyev ilk dəfə zolaqlı formada məşqə çıxıb.

 

Qeyd edək ki, “Bakı” 5 gün ərzində məşqlərini öz təlim-məşq bazasında davam etdirəcək. Ardından komanda üzvləri yanvarın 14-də qış təlim-məşq toplantısı keçmək məqsədilə Türkiyənin Antalya şəhərinə yola düşəcəklər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 592
avatar

Oxşar yazılar