Xavi "Barselona"da qalsa, bu futbolçuları alacaq
02 aprel 2024 12:31 (UTC +04:00)

Xavi "Barselona"da qalsa, bu futbolçuları alacaq

"Barselona"nın baş məşqçisi Xavi Kataloniya klubunun rəhbərliyinə açıq şəkildə bildirib ki, bu mövsümün sonunda mavi qranatları tərk etməsə, yayda komandanın təcrübəli oyunçularla gücləndirilməsinə ehtiyac olacaq.

Lent.az xarici mediaya istinadla bildirir ki, Xavi "Barselona"nın aşağıdakı oyunçulardan birini transfer edə biləcəyini gözləyir: "Mançester Siti"nin yarımmüdafiəçisi Bernardo Silva, "Bavariya"nın yarımmüdafiəçisi Coşua Kimmix və "Real Sosyedad"ın yarımmüdafiəçisi Martin Subimendi.

Kataloniya klubunun ən azı iki dünya səviyyəli futbolçu ilə müqavilə bağlaya biləcəyi vurğulanır.

Xatırladaq ki, bu il yanvarında Xavi mövsümün sonunda "Barselona"nın baş məşqçi postunu tərk edəcəyini açıqlayıb. Öz növbəsində klub rəhbərliyi ispan mütəxəssisi mavi qranat düşərgəsində saxlamaq istədiyini dəfələrlə bəyan edib.

# 5391
avatar

Oxşar yazılar