Turan Bayramovun lisenziyası ilə bağlı qərar verildi
24 aprel 2024 10:52 (UTC +04:00)

Turan Bayramovun lisenziyası ilə bağlı qərar verildi

Dünya Güləş Birliyi (UWW) Frank Çamizonun Bakıda keçirilən Avropa Olimpiya Təsnifat Turnirinin yarımfinalında azərbaycanlı güləşçi Turan Bayramovla keçirilən görüşdən sonra İtaliya təmsilçisinin etirazı barədə qərar qəbul edib.

Apasport.az qurumun rəsmi saytına istinadla xəbər verir ki, görüşün hakim və nümayəndələri bir müddətlik işlərindən uzaqlaşdırılıb.

Hakim heyətinə Roman Pavlov, Əli Sayvan, Aleksey Bazulin, Kamel Buaziz, İbrahim Çiçioğlu və Keysi Qesle daxildir. 

T.Bayramov isə görüşün qalibi olaraq qalıb. Çünki UWW-nin 53-cü maddəsinə əsasən, qalib döşəkdə elan edildikdən sonra görüşün nəticəsi dəyişdirilə bilməz.

Qeyd edək ki, Turan həmin qarşılaşmada (8:8) qalib gələrək Paris olimpiadasına lisenziya qazanıb.

# 2469
avatar

Oxşar yazılar