Ronaldonun oğlu  Portuqaliya millisinə çağırıldı
06 may 2025 20:52 (UTC +04:00)

Ronaldonun oğlu Portuqaliya millisinə çağırıldı

Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun hücumçusu Kriştiano Ronaldonun oğlu Xorvatiyada keçiriləcək beynəlxalq turnirdə iştirak etmək üçün Portuqaliyanın 15 yaşadək futbolçulardan ibarət komandasına çağırılıb.

Lent.az xəbər verir ki, 14 yaşlı futbolçu üçün bu ilk çağırışdır. Portuqaliyanın gənclərdən ibarət milli komandası Yaponiya, Yunanıstan və İngiltərədən olan rəqiblərlə qarşılaşacaq.

Ulduz forvardın oğlu Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun gənclərdən ibarət komandasında çıxış edir. O, karyerası ərzində “Pozuelo”, “Juventus” və “Real Madrid”in akademiyalarında da çıxış edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 448

Oxşar yazılar