“Əl-Nəsr”in baş direktoru Quido Fienqa, hücumçu Kriştiano Ronaldonun klubdakı gələcəyi ilə bağlı açıqlama verib.
Lent.az xarici mediaya istinadla bildirir ki, klub direktoru futbolçunun gələn mövsüm də klubda qalacağını təsdiqləyib.
Xatırladaq ki, Kriştiano Ronaldo 2023-cü ildə azad agent kimi “Əl-Nəsr”ə keçib. Bu mövsüm Ronaldo bütün turnirlərdə 45 matçda iştirak edib, 44 qol vurub və 13 məhsuldar ötürmə edib. Transfermarkt portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 15 milyon avrodur.