Ronaldonu “Mançester Yunayted”də onlar  əvəz edə bilər
27 noyabr 2022 16:45 (UTC +04:00)

Ronaldonu “Mançester Yunayted”də onlar əvəz edə bilər

"Mançester Yunayted"də portuqaliyalı hücumçu Kriştiano Ronaldonu əvəzləyəcək namizədlər bəlli olub. 

Lent.az-ın məlumatına görə, bu barədə “Twitter”də jurnalist Florian Plettenberq bildirib.

Müxbirin sözlərinə görə, hazırda "Barselona"da çıxış edən Memfis Depay komandaya qayıda bilər. Kataloniya klubu futbolçunu buraxmağın əleyhinə deyil. 

Memfis Depay

“Napoli”nin hücumçusu Viktor Osimhenin transferinin prioritet variant olaraq qaldığı, lakin İtaliya komandasının “Mançester Yunayted”in nə qədər ödəməsindən asılı olmayaraq, futbolçu ilə ayrılmağı planlaşdırmadığı dəqiqləşdirilir.

Viktor Osimhen

Eyni zamanda ESPN xəbər verir ki, Ronaldonun yerinə daha bir neçə futbolçu nəzərdən keçirilir. Onların arasında Hollandiyanın PSV klubunun hücumçusu Kodi Qakpo və “Milan”ın hücumçusu Rafael Leau da var.

Kodi Qakpo

Rafael Leau

Noyabrın 22-də “Mançester Yunayted” Ronaldo ilə müqaviləni pozduğunu rəsmən elan edib. Portuqaliyalı ilə müqaviləyə tərəflərin qarşılıqlı razılığı ilə xitam verildiyi bildirilib. Futbolçu daha əvvəl klubu xəyanətdə günahlandıraraq mankunianların baş məşqçisi Erik ten Haqa hörmət etmədiyini bildirmişdi.

# 1182
avatar

Oxşar yazılar

"Mançester Yunayted"  6 futbolçusunu   satmaq niyyətindədir

"Mançester Yunayted" 6 futbolçusunu satmaq niyyətindədir

7 fevral 2023 , 00:57
Noyer  kapitanlıqdan   məhrum edilir: Yeni lider o olacaq

Noyer kapitanlıqdan məhrum edilir: Yeni lider o olacaq

7 fevral 2023 , 00:16
Yayda “Çelsi”dən  gedə bilərlər

Yayda “Çelsi”dən gedə bilərlər

6 fevral 2023 , 19:57
Alveşin  həbsxanadakı imtiyazları   AÇIQLANDI

Alveşin həbsxanadakı imtiyazları AÇIQLANDI

6 fevral 2023 , 19:23
Ronaldo ad gününü  səhrada   qeyd etdi

Ronaldo ad gününü səhrada qeyd etdi

6 fevral 2023 , 18:50
Müqaviləsi uzadılacaq

Müqaviləsi uzadılacaq

6 fevral 2023 , 17:51
Almaniya klubu  baş məşqçini   qovdu

Almaniya klubu baş məşqçini qovdu

6 fevral 2023 , 16:30
"Liverpul" Kloppu  qovmaq fikrində deyil:   Onu dəstəkləyirlər

"Liverpul" Kloppu qovmaq fikrində deyil: Onu dəstəkləyirlər

6 fevral 2023 , 15:12