Ronaldo qırmızı vərəqə aldı, hakimə  əl qaldırdı   - VİDEO
09 aprel 2024 16:34 (UTC +04:00)

Ronaldo qırmızı vərəqə aldı, hakimə əl qaldırdı - VİDEO

“Əl-Hilal”a 1:2 hesabı ilə məğlub olan “Əl-Nəsr” Səudiyyə Ərəbistanı Superkubokunun finalında oynamayacaq. 

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, oyunun ən kritik anı Kriştiano Ronaldonun qırmızı vərəqə alması olub.

Ronaldo oyunun 85-ci dəqiqəsində rəqiblərindən birinə qarşı kobud hərəkət edib. Onun bu davranışı hər iki komandanın oyunçuları arasında qısamüddətli davaya səbəb olub.

Vəziyyət bir qədər sakitləşdikdən sonra Ronaldo qırmızı vərəqə alıb. O, hakimin qərarını qəbul edə bilməyib. Bir neçə dəqiqə sonra Ronaldo sanki hakimi vurmaq istəyirmiş kimi jest edib. Xoşbəxtlikdən, hakim həmin an bunu görməyib, əks halda oyunun protokolunda qeyd olunsaydı, cəza çox daha ciddi ola bilərdi.

Qeyd edək ki, Ronaldonun bu klub mövsümündə kubok qazanmaq üçün daha bir şansı olacaq. Onun komandası Səudiyyə Ərəbistanı Kral Kubokunun yarımfinalında çıxış edəcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4409

Oxşar yazılar

"Barselona" gələn həftə yeni qapıçı  alır

"Barselona" gələn həftə yeni qapıçı alır

3 iyun 2025 , 10:56
Osimhen Ərəbistan klubu ilə anlaşdı

Osimhen Ərəbistan klubu ilə anlaşdı

3 iyun 2025 , 00:20
“Ştutqart” aparıcı futbolçusunun qiymətini  AÇIQLADI

“Ştutqart” aparıcı futbolçusunun qiymətini AÇIQLADI

2 iyun 2025 , 19:20
"Mançester Yunayted"in ulduzu tezliklə gələcəklə bağlı qərar verəcək

"Mançester Yunayted"in ulduzu tezliklə gələcəklə bağlı qərar verəcək

2 iyun 2025 , 17:44
"Barselona" Saneni transfer etmək  istəyir

"Barselona" Saneni transfer etmək istəyir

2 iyun 2025 , 14:37
PSJ UEFA-dan 148 milyon avro  alacaq

PSJ UEFA-dan 148 milyon avro alacaq

2 iyun 2025 , 11:10
Keçmiş baş məşqçi "Latsio"ya qayıdır

Keçmiş baş məşqçi "Latsio"ya qayıdır

2 iyun 2025 , 09:23
“Mançester Yunayted”in kapitanı üçün 100 milyon təklif

“Mançester Yunayted”in kapitanı üçün 100 milyon təklif

1 iyun 2025 , 10:12