Ronaldinyo Braziliyanın oyunlarına baxmaqdan imtina etdi
15 iyun 2024 09:57 (UTC +04:00)

Ronaldinyo Braziliyanın oyunlarına baxmaqdan imtina etdi

Fransanın PSJ, İspaniyanın “Barselona” və Braziliya millisinin sabiq futbolçusu Ronaldinyo millinin Amerika Kubokunda oyunlarını izləmək fikrində olmadığını bildirib.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, futbolçu millinin heç bir oyununa baxmaq fikrində olmadığını dilə gətirib:

“Onun enerjisi, sevinci yoxdur və zəif oynayır. Ona görə də heç bir oyuna baxmayacağam. Braziliya oyunlarına baxmaqdan imtina edirəm.

İşlər yaxşı getmir. Kifayət qədər güc, fədakarlıq yoxdur”.

Xatırladaq ki, braziliyalılar qrup mərhələsində Kosta-Rika (25 iyun), Paraqvay (29 iyun) və Kolumbiya (3 iyul) ilə qarşılaşacaq.

Ronaldinyo “Qızıl top”un qalibi (2005), həmçinin 2004 və 2005-ci illərdə FİFA-ya görə dünyanın ən yaxşı futbolçusudur. Braziliya millisinin üzvü kimi 2002-ci ildə dünya çempionu olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1722
avatar

Oxşar yazılar