""Roma"nın durumu İtaliya çempionatı üçün biabırçılıqdır" - Sabiq futbolçu
25 mart 2023 13:49 (UTC +04:00)

""Roma"nın durumu İtaliya çempionatı üçün biabırçılıqdır" - Sabiq futbolçu

“Real”ın və İtaliya yığmasının sabiq hücumçusu Antonio Kassano “Roma”nın A Seriyasındakı çıxışı haqda fikirlərini bölüşüb.

Lent.az xarici mediaya istinadla bildirir ki, futbolçu klubun hazırki vəziyyətini tənqid edib:

“Toqquşmalar, jestlər, şifahi hücumlar. Biz nədən danışırıq? Hər matçda bütün ehtiyat oyunçular skamyasının meydançaya qaçmasına baxmaq məcburiyyətindəyəm. Bu, İtaliya futbolu üçün biabırçılıqdır.

Klub A Seriyasında ikinci yeri tuta bilərdi, lakin Mourinyo gələndən bəri heç nə göstərmədi, o, pisdən pisə doğru getdi”.

# 1440
avatar

Oxşar yazılar