"Real" ona Messidən danışmağı QADAĞAN ETDİ
30 noyabr 2023 12:15 (UTC +04:00)

"Real" ona Messidən danışmağı QADAĞAN ETDİ

“Real”ın braziliyalı hücumçusu Rodriqo 2026-cı il dünya çempionatının seçmə mərhələsində Lionel Messi ilə münaqişəsi barədə sualları cavablandırmağa çalışıb.

Lent.az xarici mediaya istinadla bildirir ki, futbolçu zarafatyana “Real”ın Messi ilə bağlı danışmağı qadağan etdiyini dilə gətirib:

“Messi? Onun haqqında danışa bilmərəm. Çünki Madrid klubu mənə icazə vermir”.

“Real”ın qadağası ilə bağlı deyilən sözlərə Rodriqo gülüb və onu Madrid klubunun əməkdaşları dərhal jurnalistlərin əlindən alıblar.

Xatırladaq ki, Braziliya - Argentina oyunu (0:1) noyabrın 22-də baş tutub. Azarkeşlər arasında kütləvi dava başlayıb, bundan sonra argentinalı futbolçular münaqişə həll olunana qədər meydanı tərk ediblər. Qayıdandan sonra Rodriqo rəqiblərini qorxaq adlandırıb, Messi isə onun boynundan tutub: “Biz qorxaqıq? Biz dünya çempionuyuq, biz necə qorxaqıq? İfadənizə diqqət edin”.

Bu açıqlamaya cavab olaraq, braziliyalı Argentinanın son turnirdəki qələbəsi ilə bağlı ironik fikirlər səsləndirib:

“Dünya çempionları, elə deyilmi? Necə qalib gəldiyinizi hamımız bilirik”.

Rio-de-Janeyrodakı “Marakana” stadionunda keçirilən görüş Argentina millisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

# 2109
avatar

Oxşar yazılar