“Real” ikinci transferini açıqladı
11 iyun 2022 19:44 (UTC +04:00)

“Real” ikinci transferini açıqladı

“Real”ın yay fasiləsində heyətinə cəlb etdiyi ikinci futbolçu rəsmən müəyyənləşib.

Lent.az-ın Apasport.az saytına istinadən məlumatına görə, Antonio Rudigerdən sonra “Monako”nun yarımmüdafiəçisi Orelyen Çuameni də “kral klubu”na keçib.

Madrid təmsilçisi 22 yaşlı orta sahə oyunçusunun keçidini tvitter səhifəsi vasitəsilə bəyan edib. Hələlik transferin ispanlara neçəyə başa gəlməsi və müqavilənin digər detalları barədə məlumat verilməyib.

Qeyd edək ki, Orelyen Çuameni “Monako”ya 2020-ci ildə “Bordo”dan keçib.

# 2253
avatar

Oxşar yazılar