Rafinya Messinin Çempionlar Liqası rekordunu  təkrarladı
10 aprel 2025 19:46 (UTC +04:00)

Rafinya Messinin Çempionlar Liqası rekordunu təkrarladı

Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyununda “Barselona” doğma meydanda Dortmund “Borussiya”sına 4:0 hesabı ilə qalib gəlib.

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, görüşün qəhrəmanlarından birinin iki məhsuldar ötürmə və bir qola imza atan braziliyalı cinah hücumçusu Rafinya olduğu qeyd edilir.

Bildirilir ki, 28 yaşlı Rafinya "Barselona"nın heyətində Çempionlar Liqasının bir mövsümündə ən çox qol vurmaq üzrə Lionel Messinin rekordunu təkrarlayıb.

2011/12 mövsümündə Messi qol+ötürmə sistemində 19 xal toplayıb.

Bununla belə, rekord hələ də 2013/14 mövsümündə “Real” ilə 22 xal toplayan Kriştiano Ronaldoya məxsusdur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 956

Oxşar yazılar