Qvineya millisi ilə oyunda  qara forma   geyinəcəklər
07 iyun 2023 19:26 (UTC +04:00)

Qvineya millisi ilə oyunda qara forma geyinəcəklər

Braziliyalı futbolçular Qvineya millisi ilə oyuna qara geyimdə çıxacaq.

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, futbolçular meydana qızıl nömrəli qara formada çıxacaq, fasilədən sonra isə formalarını milli bayrağın rənglərinin ənənəvi formalarına dəyişəcəklər. Beşqat dünya çempionlarının aksiyası irqçiliyin təzahürlərinə etiraz olaraq təşkil edilib və onun qurbanlarından biri də milli komandanın oyunçusu Vinisius Junior olub.

Yoldaşlıq görüşü iyunun 17-də Barselonada keçiriləcək. İyunun 20-də isə Braziliya yığması Lissabonda Seneqal millisi ilə qarşılaşacaq.

Bundan əvvəl xəbər verilmişdi ki, gələn ilin martında İspaniya və Braziliya yığmaları irqçiliklə mübarizəyə həsr olunmuş xüsusi oyun keçirəcəklər.

# 1524
avatar

Oxşar yazılar