"Mançester Siti"nin baş məşqçisi Xose Qvardiola klubun hazırkı heyətindən transferə çıxarılacaq 4 futbolçunu müəyyənləşdirib.
Lent.az xarici mediaya istinadla bildirir ki, komandanın son uğursuz nəticələri fonunda oyunu ilə ispaniyalı mütəxəssisi tamamilə məyus edən futbolçular hücumçu Cek Qriliş, yarımmüdafiəçilər Matey Nunes və Ceyms Makati, eləcə də sağ cinah müdafiəçisi Kayl Uoker olub.
Qriliş və Nunesin satın aldıqları sərmayəni əsaslandıra bilmədikləri vurğulanır. Makati Qvardiolanı oyun səviyyəsinə inandırmayıb. İspan mütəxəssis 34 yaşlı Uokerin geriləməsindən də narazıdır.