“Qarabağ”dan səfər qələbəsi
28 fevral 2024 20:59 (UTC +04:00)

“Qarabağ”dan səfər qələbəsi

Azərbaycan Premyer Liqasının XXIII turundan təxirə salınan oyun bu gün Qəbələdə baş tutub.

Lent.az xəbər verir ki, turnir cədvəlinin sonuncu pilləsində qərarlaşan “Qəbələ” lider “Qarabağ”la qarşılaşıb.

Ən yaxın rəqibindən 18 xal üstün olan Qurban Qurbanovun yetirmələri bu fərqi artırmaq, sonuncu pillədə qərarlaşan Kaxaber Sxadadzenin komandası isə ən yaxın rəqibi "Kəpəz"lə fərqi azaltmaq üçün meydana çıxıb. 

Qeyd edək ki, oyun  “qırmızı-qaralar”ın yeni baş məşqçisi Kaxaber Sxadadzenin komandann "sükanı arxasında" debüt oyunu olub.

Oyun 4:0 hesabı ilə "Qarabağ"ın xeyrinə başa çatıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3519
avatar

Oxşar yazılar