“Qarabağ”dan 18 mövsümün REKORDU
23 aprel 2022 12:12 (UTC +04:00)

“Qarabağ”dan 18 mövsümün REKORDU

Azərbaycan Premyer Liqasının lideri “Qarabağ” öz tarixinin rekorduna imza atıb.

Lent.az apasport.az saytına istinadla bildirir ki, 22 turdan sonra hesabında 55 xal olan Ağdam klubu 1992-ci ildən keçirilən ölkə çempionatlarında heç vaxt belə uğurlu çıxış etməyib.

Düzdür, bəzi çempionatlarda oyun sayı 22-dən az olub. Lakin həmin mövsümlərdə 22-yə çatmaq üçün lazım olan matçların hamısına qələbə hesablansa da, indiki göstərici əlçatmaz olur.

Cari mövsümədək “Qarabağ”ın rekordu 22 oyunda 53 xal idi. Ağdam təmsilçisi 2004/05 və 2017/18 mövsümlərində buna nail olub.

Bu sayda qarşılaşmada 55 xal toplamaq həm də son 18 mövsüm bütün klublar üçün mütləq rekorddur. Sonuncu dəfə daha çox xal toplanmasına 2003/04 mövsümündə təsadüf olunub. Həmin vaxt “Neftçi” 22 oyunda 57 xal yığıb.

Ümumiyyətlə, ölkə çempionatlarının 32 illik tarixində 8-ci dəfə bir komanda 55 və daha çox xal toplayıb. Mütləq rekord isə “Neftçi”dədir. Bakılılar 1992-ci ildə 22 oyunda 21 qələbə qazanıb. Düzdür, ilk 4 çempionatda qələbə üçün 3 deyil, 2 xal verilib. Lakin müqayisə üçün bütün mövsümlərdə qələbəyə 3 xal nəzərə alınıb.

“Neftçi” və “Kəpəz” hərəyə iki, Sumqayıt “Xəzər”i, “Turan”, “Şəmkir” və “Qarabağ” hərəyə 1 dəfə 55 və ya daha çox xal toplayıb. 2000/01 mövsümündə “Qızıl oyun”u saymaqla 21 matça çıxan “Şəmkir” 54 xala sevindiyindən potensial olaraq “55”ə çatmış sayıla bilər.

22 oyunda ən çox xal toplayanlar:
1. “Neftçi” – 63 (1992)
2-3. “Xəzər” S – 58 (1992)
“Kəpəz” – 58 (1997/98)
4-5. “Kəpəz” – 57 (1994/95)
“Neftçi” – 57 (2003/04)
6-8. “Turan” – 55 (1994/95)
“Şəmkir” – 55 (1999/2000)
“Qarabağ” – 55 (2021/22)

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2592
avatar

Oxşar yazılar