PSJ "Real"a görə Mbappenin maaşını kəsdi
29 may 2024 09:57 (UTC +04:00)

PSJ "Real"a görə Mbappenin maaşını kəsdi

PSJ-nin prezidenti Nasser Əl-Xelaifi forvard Kilian Mbappenin Fransa klubundan ödənişlərini alaraq “Real Madrid”ə keçməsini istəmir.

Lent.az xarici mediaya istinadla bildirir ki, Əl-Xelaifi fransalı futbolçuya maaş və bonuslar kimi ümumilikdə 80 milyon avro ödəməkdən imtina edir. Həmçinin qeyd olunur ki, PSJ Mbappenin aprel ayı maaşını ödəməyib və fevralda ulduz futbolçuya vəd etdiyi böyük mükafatı köçürməyib. Artıq fransalı hücumçunun vəkilləri ödəniş etməmə işinə qoşulub.

Xatırladaq ki, forvard iyunun sonunda müqaviləsi başa çatdıqdan sonra Paris klubundan ayrılacağını açıqlayıb. Mbappenin "Real"la 5 illik müqavilə imzalayacağı bildirilirdi. Hücumçu “Real Madrid”də ildə PSJ-də aldığı maaşdan az, 15 milyon avro alacaq. Bu halda oyunçunun 150 milyon avroluq imza bonusu almaq hüququ var.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1443
avatar

Oxşar yazılar