PSJ müdafiəçi Əşrəf Hakiminin müqaviləsini uzatmaq üçün danışıqlara başlayıb.
Lent.az xarici KİV-ə istinadən bildirir ki, bu barədə jurnalist Fabrizio Romano xəbər verir.
Paris klubu 25 yaşlı mərakeşlini komandanın əsas oyunçularından biri hesab edir və onunla uzunmüddətli müqavilə imzalamaq niyyətindədir.
Hakimi 2021-ci ilin iyulundan PSJ-də çıxış edir. Futbolçunun hazırkı müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.
2024/25 mövsümündə Hakimi PSJ-nin heyətində bütün yarışlarda 11 oyunda 3 qol vurub və 3 məhsuldar ötürmə verib.