İngiltərənin “Mançester Yunayted” klubundan azad agent kimi ayrılan 29 yaşlı yarımmüdafiəçi Pol Poqba İtaliyanın “Yuventus” klubu ilə 4 illik müqavilə imzalayacaq.
Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, Fransa millisinin heyətində dünya çempionu olan futbolçu iyulun 9-da Turinə gələcək. Həmin gün o, tibbi müayinədən keçəcək və müqavilə imzalayacaq.
Poqba 2012-2016-cı illərdə "Yuventus"da çıxış edib və 177 oyunda 34 qol vurub.