"Osasuna"ya qalib gələn "Barselona"ya texniki məğlubiyyət  verilə bilər
29 mart 2025 10:01 (UTC +04:00)

"Osasuna"ya qalib gələn "Barselona"ya texniki məğlubiyyət verilə bilər

“Osasuna” La Liqa oyununun nəticələrindən sonra "Barselona"nı FİFA qaydalarını pozmaqda ittiham edərək apelyasiya şikayəti verib.

Lent.az xəbər verir ki, martın 27-də La Liqanın 27-ci turunun təxirə salınmış oyununda “Barselona” öz meydanında rəqibini məğlub edib. Kataloniyalılar Ferran Torres, Dani Olmo və Robert Levandovskinin qolları sayəsində 3:0 hesabı ilə qalib gəliblər.

“Osasuna klubu” İspaniya Kral Futbol Federasiyasına (RFEF) "Barselona"nın müdafiəçisi İniqo Martinezin oyunda qeyri-qanuni iştirak etməsinə görə şikayət edib.

Pamplona klubunun məlumatına görə, futbolçunun meydançaya çıxması FİFA qaydalarını pozub. Beynəlxalq federasiyanın reqlamentinə əsasən, sağlamlığına görə milli komandanı tərk edən idmançılar beynəlxalq fasilə bitdikdən sonra klub oyununa qayıtmazdan əvvəl beş təqvim günü buraxmalıdırlar.

Şikayətə əsas kimi martın 17-də RFEF-in Martinezin tibbi səbəblərə görə İspaniya millisindən uzaqlaşdırıldığını rəsmən elan etməsi olub.

Xatırladaq ki, “Osasuna” 28 oyundan 33 xalla ölkə çempionatının turnir cədvəlində 14-cü yerdədir. Turnir cədvəlinə 28 oyundan sonra 63 xalla "Barselona" başçılıq edir. "Osasuna"nın növbəti oyunu "Atletik"lə səfərdə, "Barselona" isə evdə "Jirona" ilə qarşılaşacaq. Hər iki görüş martın 30-da baş tutacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 12523

Oxşar yazılar

Prezidentin nəvəsi FİNALDA

Prezidentin nəvəsi FİNALDA

17 may 2025 , 20:50
Ançelotti getməzdən əvvəl Mbappeyə nə dedi?

Ançelotti getməzdən əvvəl Mbappeyə nə dedi?

17 may 2025 , 19:43
Neymarın   taleyi məlum oldu

Neymarın taleyi məlum oldu

17 may 2025 , 16:36
"Real" Ronaldonun oğlu  ilə maraqlanır

"Real" Ronaldonun oğlu ilə maraqlanır

17 may 2025 , 15:20
"Real" yeni müdafiəçi aldı

"Real" yeni müdafiəçi aldı

17 may 2025 , 10:00
Amerikalı basketbolçu edam edilə bilər

Amerikalı basketbolçu edam edilə bilər

16 may 2025 , 19:59
Futbolçular aşağı liqaya düşən komandadan qaçmağa  başladılar

Futbolçular aşağı liqaya düşən komandadan qaçmağa başladılar

16 may 2025 , 18:56
Avropa Liqasında qalib gəlsələr, bu qədər  mükafat alacaqlar

Avropa Liqasında qalib gəlsələr, bu qədər mükafat alacaqlar

16 may 2025 , 16:42