Müstəqil Azərbaycanın  TARİXİNƏ DÜŞDÜ:   27-ci qrossmeyster oldu
16 may 2022 17:03 (UTC +04:00)

Müstəqil Azərbaycanın TARİXİNƏ DÜŞDÜ: 27-ci qrossmeyster oldu

Beynəlxalq Şahmat Federasiyası (FİDE) bir qrup şahmatçıların titulunu rəsmi qaydada təsdiqləyib.

Lent.az-ın Apasport.az-a istinadla məlumatına görə, Sloveniyadakı şəxsi Avropa çempionatında parlaq çıxışı ilə yadda qalan Gövhər Beydullayeva qadınlar arasında beynəlxalq qrossmeyster, Xəzər Babazadə isə beynəlxalq usta kimi qeydiyyatdan keçib. FİDE eyni zamanda Məhəmməd Muradlını beynəlxalq qrossmeyster kimi siyahıya daxil edib.

Qeyd edək ki, Məhəmməd Muradlı kişi şahmatçılar arasında müstəqil Azərbaycan tarixində 27-ci qrossmeyster kimi tarixə düşdü.

# 1464
avatar

Oxşar yazılar