Musa Qurbanlı “Qarabağ”a qayıtdı
14 iyun 2024 19:46 (UTC +04:00)

Musa Qurbanlı “Qarabağ”a qayıtdı

"Qarabağ" yeni mövsüm üçün ikinci transferini reallaşdırıb.

Lent.az klubun saytına istinadən xəbər verir ki, Ağdam təmsilçisi hücumçu Musa Qurbanlını heyətinə cəlb edib.

"Qarabağ"la 22 yaşlı hücumçu arasında üç illik müqavilə imzalanıb. İsveçin “Yurqorden” klubundan transfer olunan futbolçu 2027-ci ilin yayına qədər komandada çıxış edəcək.

Qurbanlı peşəkar karyerasına “Qarabağ”da başlayıb. O, 2019-2020-ci illərdə komandanın formasını geyinib. Hücumçu 2021-ci ilin ilk yarısında icarə əsasında “Zirə”də çıxış edib. 2021-ci ilin iyunundan klubun uğurları üçün çalışan Musa 2023-cü ilin yayında “Qarabağ”dan İsveç klubuna transfer edilib.

Klubun yeni transferi Azərbaycan milli komandasında 14 oyunda 3 qol vurub.

Xatırladaq ki, Musa Qurbanlı "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun oğludur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1899
avatar

Oxşar yazılar