Millinin hücumçusunun küçədə sümüklərini sındırdılar
11 aprel 2024 20:00 (UTC +04:00)

Millinin hücumçusunun küçədə sümüklərini sındırdılar

Avstriya yığmasının gənc hücumçusu Muharem Huskoviç paytaxt Vyana şəhərinin mərkəzində hücuma məruz qalıb. Futbolçu bankomatın yanında vurulub və oradan dərhal yaxınlıqdakı xəstəxanaya aparılıb.

Lent.az xarici mediaya istinadla bildirir ki, Vyananın mərkəzində avstriyalı futbolçu Muharem Huskoviç döyülüb.

Hadisə axşam saatlarında bankomatlardan birində 21 yaşlı oyunçu pul çıxararkən baş verib. Sonra bir nəfər ona yaxınlaşıb və qəfil hücum edib.

Cinayətkar avstriyalı oyunçunun üzünə bir neçə zərbə vurub. Sonra o, hadisə yerindən qaçıb. Baş verənlər nəticəsində Vyana komandasının oyunçusu çoxsaylı sınıqlar alıb. Xüsusilə də, burnu bir neçə yerdən zədələnib.

Dəfələrlə Avstriya çempionu olan futbolçu xəstəxanaya yerləşdirilib. Bu barədə xəbəri onun klubu da təsdiqləyib. Üzündəki ciddi zədələrə baxmayaraq, həkimlər cərrahiyyə əməliyyatına ehtiyac olmadığına qərar veriblər.

# 3255
avatar

Oxşar yazılar