Canni de Byazi
01 oktyabr 2022 00:11 (UTC +04:00)

Canni de Byazi

Millimizin baş məşqçisinin müqaviləsi başa çatdı

Azərbaycan milli komandası baş məşqçisiz qalıb.

Lent.az-ın Apasport.az saytına istinadla məlumatına görə, buna yığmanın italiyalı çalışdırıcısı Canni de Byazinin müqaviləsinin bitməsi səbəb olub.

Onun anlaşması sentyabrın 30-da bitib. AFFA de Byazini saxlamaq və ya yeni mütəxəssis gətirmək barədə yekun qərarını hələ verməyib.

Bu üzdən milli bir müddət baş məşqçisiz qalacaq. Komanda noyabrda iki yoldaşlıq görüşü keçirəcəyindən həmin vaxtadək boşluğun aradan qalxacağı gözlənilir.

Millətlər Liqasının ikinci yarısında baş tutan hər üç oyunda qələbənin əldə olunmasından sonra de Byazinin postunda qalmaq ehtimalı da yüksək qiymətləndirilir. Belarusu 2:0, Slovakiyanı 2:1, Qazaxıstanı 3:0 hesabı ilə üstələyən komandanın bu nəticələri italiyalının taleyində həlledici rol oynaya bilər.

Hər halda, bu üç rəqibdən yalnız Belarus iddialı sayılmır. Qazaxıstan qrup qalibi, Slovakiya isə dünya 51-cisi olduğundan qalibiyyətlər diqqətçəkəndir və mütəxəssisi postunda saxlanıla bilər.

İtaliyalı 2020-ci ilin iyulundan millimizi çalışdırır. Bu müddətdə komandanı 28 matça çıxaran de Byazi 5 qələbə, 7 heç-heçə və 16 məğlubiyyətə şahid olub.

Qeyd edək ki, yığmamız noyabrın 16-da Moldova, 4 gün sonra Şimali Makedoniya ilə görüşəcək.

# 1383
avatar

Oxşar yazılar

BOK Rusiya və Belarusla bağlı qərarını dəyişmədi

BOK Rusiya və Belarusla bağlı qərarını dəyişmədi

5 dekabr 2022 , 23:29
Xorvatiya 1/4 finalda

Xorvatiya 1/4 finalda

5 dekabr 2022 , 21:45
Kriştiano Ronaldo SƏRVƏT İSTƏDİ: “Yuventus”da  çaxnaşmaya səbəb oldu

Kriştiano Ronaldo SƏRVƏT İSTƏDİ: “Yuventus”da çaxnaşmaya səbəb oldu

5 dekabr 2022 , 19:54
Luis Enrike İspaniya  yığmasından gedəcək

Luis Enrike İspaniya yığmasından gedəcək

5 dekabr 2022 , 18:56
 Evinə oğru girdi:   İngiltərə millisinin oyununu buraxdı

Evinə oğru girdi: İngiltərə millisinin oyununu buraxdı

5 dekabr 2022 , 16:27
Qətərdən STADİON HƏDİYYƏSİ:  Sökülüb Tunisdə tikiləcək

Qətərdən STADİON HƏDİYYƏSİ: Sökülüb Tunisdə tikiləcək

5 dekabr 2022 , 13:40
21 yaşlı müdafiəçi 3 nəhəngin hədəfində

21 yaşlı müdafiəçi 3 nəhəngin hədəfində

5 dekabr 2022 , 10:53
DÇ-2022:  Fransa İngiltərə   ilə qarşılaşacaq

DÇ-2022: Fransa İngiltərə ilə qarşılaşacaq

5 dekabr 2022 , 00:55