İtaliya A Seriyasında 4-cü turun "Udineze" - "Milan" matçına yekun vurulub.
Lent.az xəbər verir ki, qarşılaşma qonaqların 0:3 hesablı qələbəsi ilə başa çatıb.
Qolları Pulişiç (39, 53) və Fofana (46) vurublar.
Bu qələbə ilə "Milan" xalların sayını 9-a çatdıraraq A Seriyasında 3-cü pilləyə yüksəlib. "Udineze" isə 7 xalla 6-cıdır.