Messidən sonra o da KLUBDAN AYRILACAQ
03 iyun 2023 00:47 (UTC +04:00)

Messidən sonra o da KLUBDAN AYRILACAQ

Dördqat Çempionlar Liqasının və 2010-cu il dünya çempionatının qalibi ispaniyalı futbolçu Serxio Ramos cari mövsümün sonunda Fransanın "Pari Sen Jermen" klubunu tərk edəcək.

Lent.az-ın məlumatına görə, S.Ramos 2021-ci ildən PSJ-də çıxış edib və burada ikiqat Fransa çempionu olub və ölkə Superkubokunu qazanıb. Onun müqaviləsi bu yay başa çatır.

PSJ Fransa çempionatının cari mövsümündə artıq çempionluğu təmin edib. İyunun 3-də baş tutacaq son turda Paris təmsilçisi “Klermon”la qarşılaşacaq.

# 1314
avatar

Oxşar yazılar