Messi yaxtada istirahətdən ailə fotolarını yayıb
15 avqust 2024 09:50 (UTC +04:00)

Messi yaxtada istirahətdən ailə fotolarını yayıb

"İnter Mayami"nin hücumçusu Lionel Messi sosial şəbəkədə həyat yoldaşı və uşaqları ilə fotolarını paylaşıb.

Görüntülərdə Messi, həyat yoldaşı Antonella Rokuzzo və üç oğlu yaxtada dincəlir.

“Yay və onlar” deyən futbolçu fotoya ürək, dalğa və xurma ağacı emojisi əlavə edib.

Fotoların dərci 14 milyona yaxın bəyənmə və çoxlu müsbət şərhlər toplayıb.

Messi 2008-ci ildən Antonella Rokuzzo ilə münasibətdədir. Cütlüyün üç oğlu var - Tiaqo, Mateo və Çiro.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 729
avatar

Oxşar yazılar