Messi karyerasını başa vurur? - AÇIQLAMA
26 mart 2022 17:53 (UTC +04:00)

Messi karyerasını başa vurur? - AÇIQLAMA

Lionel Messi milli karyerası ilə bağlı planlarını açıqlayıb.

Lent.az-ın Apasport.az-a istinadən məlumatına görə, Argentina yığmasının kapitanı yekun qərarını dünya çempionatından sonra verəcəyini söyləyib.

O, bu ilin sonlarında Qətərdə keçiriləcək DÇ-2022-dəki nəticənin qərarına təsir edəcəyini də vurğulayıb: “Dünya çempionatından sonra onun yaxşı və ya pis getməsindən asılı olaraq çox şeyi yenidən düşünməli olacağam. Ümid edək ki, hər şey yaxşı olacaq.

Amerika Kubokunu qazanmamışdan əvvəl də Argentina yığması ilə uzun müddət xoşbəxt idim. İnsanlar məni sevdiklərini göstərirlər, onlara minnətdaram”.

Qeyd edək ki, Argentina millisi DÇ-2022-yə vəsiqəni rəsmiləşdirən komandalar arasındadır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1680
avatar

Oxşar yazılar