Futbolçu Çağlar Söyüncü
03 iyul 2021 15:35 (UTC +04:00)

Futbolçu Çağlar Söyüncü

Məşhur klub türkiyəli futbolçunu almaq istəyir

Türkiyə millisinin futbolçusu Çağlar Söyüncü klubunu dəyişə bilər.

Apasport.az saytının məlumatına görə, İngiltərə “Lester”inin müdafiəçisi karyerasını Premyer Liqanın digər komandasına davam etdirməyə yaxındır.

“Şəhərlilər” 25 yaşlı futbolçu ilə bağlı “tülkülər”ə rəsmi sorğu göndərib. “Lester” oyunçusunun transferindən 50-60 milyon avro qazanmaq niyyətindədir.

Qeyd edək ki, Çağlar ötən mövsüm 32 oyunda 1 qol vurub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2250
avatar

Oxşar yazılar