Mbappe Serxio Ramosun  Madriddə yaşadığı evi   almaq istəyir
03 may 2024 14:46 (UTC +04:00)

Mbappe Serxio Ramosun Madriddə yaşadığı evi almaq istəyir

PSJ-nin hücumçusu Kilian Mbappe İspaniya paytaxtında ev almaq istəyir. 

Lent.az xarici KİV-ə istinadla bildirir ki, mənbənin sözlərinə görə, fransalının seçimi Madrid klubunun keçmiş kapitanı Serxio Ramosun yaşadığı evin üzərinə düşüb. Potensial sövdələşmənin təfərrüatları açıqlanmayıb.

Daha əvvəl fransalı futbolçunun yayda qatılma ehtimalının yüksək olduğu “Real”ın Mbappeni Olimpiya oyunlarına buraxmamaq qərarına gəldiyi barədə məlumatlar ortaya çıxıb.

Bu mövsüm 25 yaşlı Mbappe 45 oyunda iştirak edib, 43 qol vurub və 10 məhsuldar ötürmə edib.

# 1860
avatar

Oxşar yazılar