Mayk Tayson heç vaxt qalib gələ bilməyəcəyi  boksçunun adını çəkdi
28 fevral 2025 10:56 (UTC +04:00)

Mayk Tayson heç vaxt qalib gələ bilməyəcəyi boksçunun adını çəkdi

Ağır çəkili boks üzrə keçmiş şəksiz dünya çempionu Mayk Tayson müsahibəsində Məhəmməd Əli haqqında danışıb.

Lent.az-ın xarici mediaya istinadən məlumatına görə, Tayson deyib ki, hətta karyerasının zirvəsində olsa da belə Məhəmməd Əlini məğlub edə bilməyəcəkdi:

“Onun kimi bir insan yoxdur. Hər şeydə o, bizdən üstündür. Boksçudan çox modelə oxşayırdı. O, yaraşıqlı siması olan Tyrannosaurus rex kimidir, səni dərin sulara sürükləyib boğacaq. O, xüsusidir. Ən yaxşısı. Əliyə heç kim qalib gələ bilməzdi. Mən bu adama qalib gələ bilmədim, mümkün deyil”. 

Məhəmməd Əli iki dəfə (1964-1966, 1974-1978) ağır çəkidə dünya çempionu olub. O, karyerası ərzində 61 döyüş keçirib, bu döyüşlərdə 56 qələbə qazanıb (37-si nokaut), beşində isə məğlub olub. Əli son döyüşünü 1981-ci ilin dekabrında keçirib.

Mayk Tayson isə ilk peşəkar döyüşünü 1985-ci ilin martında keçirdi. O, 59 döyüş keçirib, 50 qələbə qazanıb (44-ü nokautla), 7-də isə məğlub olub.

2024-cü ilin noyabrında Tayson yekdil qərarla uduzduğu bloqqer Ceyk Paula qarşı yeddi raundluq mübarizə aparıb. Bu döyüşə görə 58 yaşlı Tayson 20 milyon dollar qazanıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 810

Oxşar yazılar