Manuel Noyer qabırğasını sındırdı
09 dekabr 2024 23:48 (UTC +04:00)

Manuel Noyer qabırğasını sındırdı

Almaniyanın "Bavariya" futbol klubunun qapıçısı və kapitanı Manuel Noyer qabırğası sınıb.

Lent.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, bu barədə “Bavariya”nın baş məşqçisi Vinsent Kompani məlumat verib.

“Onun qabırğası sınıb. O, yəqin ki, bu il bir daha oynamayacaq. Əsas odur ki, o, indi sağalsın, ümid edirəm ki, Manuel yanvarda bizimlə olacaq”, - Kompani qeyd edib.

Xatırladaq ki, "Bavariya"nın 38 yaşlı qapıçısı Manuel Noyer Almaniya Bundesliqasının 4-cü turunda "Verder"lə oyun öncəsi isinmə hərəkətləri edən zaman zədələnib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1816

Oxşar yazılar