“Mançester Yunayted”ə qayıtmaq istəməməsinin SƏBƏBİ
05 mart 2025 16:01 (UTC +04:00)

“Mançester Yunayted”ə qayıtmaq istəməməsinin SƏBƏBİ

Braziliya millisinin futbolçusu Antoni "Mançester Yunayted"dən icarəyə götürdüyü "Betis"də qalmaq istəyir.

Lent.az xarici mediaya istinadla bildirir ki, "Betis"in baş direktoru Ramon Alarkonun sözlərinə görə, cinah oyunçusu İspaniya klubunda qalmaq istəyir.

“Keçən günlərdə Antoni mənə daha bir il qalmaq istədiyini söylədi.

O, burada xoşbəxtdir və gələn kimi şəhərə yerləşməsi üçün yaratdığımız imkanlardan təəccüblənib”, - klub rəsmisi vurğulayıb.

Antoninin icarəsi bu mövsümün sonuna qədərdir və satın alma opsiyasını ehtiva etmir.

Futbolçu “Betis”in heyətində yeddi oyun keçirib, üç qol vurub və iki məhsuldar ötürmə edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 738

Oxşar yazılar