İsveçrədə helikopter qəzası
29 iyun 2025 03:51 (UTC +04:00)

İsveçrədə helikopter qəzası

İsveçrənin Alp dağlarında Oberleç buzlaqları ərazisində helikopter qəzaya uğrayıb.

APA xəbər verir ki, bu barədə "Blick" portalı məlumat yayıb.

Hadisənin şahidi Yan Baderçer nəşrə bildirib ki, iyunun 28-də günortadan sonra o, həyat yoldaşı ilə Sparrhorn dağının qarşı tərəfində gəzirmiş. Onların gözünün qabağında helikopter yerə düşüb, çevrilib və tüstülənməyə başlayıb.

Hadisənin baş verdiyi yerin təxminən 2500 m yüksəklikdə - Qross Fushorn dağı ilə buzlaq arasında olduğu dəqiqləşdirilir.

Təsdiqlənməmiş məlumatlara görə, təyyarədə üç-dörd nəfər olub. İlkin məlumata görə, onlardan biri ölüb, digəri isə ağır bədən xəsarətləri alıb. Lakin bu barədə rəsmi məlumat daxil olmayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 254

Oxşar yazılar