"Barselona" keçmiş futbolçularının 2020-ci ilə olan borclarını ödəmək üçün son mərhələdədir.
Lent.az xəbər verir ki, 16 milyon avroluq yekun ödəniş iyunun 30-da nəzərdə tutulub. Bu məbləğ 2020-ci ildə maaşlarını təxirə salmağa razılaşan futbolçu və məşqçilər arasında bölüşdürüləcək. Onlar arasında Lionel Messi, Serxio Busquets, Jordi Alba, Ousmane Dembele, Antuan Qrizmann və başqaları var.
"Barselona"nın ən böyük borcu Messiyədir - kataloniyalılar ona 5,95 milyon avro ödəyəcək.
Messi “Barselona”nın yetirməsidir. O, 2003-2021-ci illərdə əsas komandada çıxış edib. Bu müddət ərzində 835 oyun keçirib, 709 qol vurub. Messi “Barselona” ilə dörd dəfə Çempionlar Liqasının, 2022-ci ildə Argentina millisi ilə Dünya Kubokunun, iki dəfə Amerika Kubokunun qalibi olub və səkkiz dəfə “Qızıl top”u qazanıb.