Bu ölkədə "killer" xidməti  fəaliyyətə BAŞLADI
28 iyun 2025 14:23 (UTC +04:00)

Bu ölkədə "killer" xidməti fəaliyyətə BAŞLADI

Fransada yeniyetmələr arasında populyarlaşan UberKills adlı sifarişli qətl xidməti yaradılıb.

Lent.az xəbər verir ki, bu barədə Fransanın “Le Monde” qəzeti məlumat yayıb.

Qəzet yazıb ki, xidmət Telegram messencerinin bazasında fəaliyyət göstərir. Müştəri onun vasitəsilə menecerlə əlaqə saxlayır, o, daha sonra podratçıya lazımi məlumatları və silahları verir. Eyni zamanda, sifariş üçün ödəniş bir neçə min avro təşkil edir. Çox vaxt podratçılar əvvəllər narkotik alveri ilə məşğul olmuş yetkinlik yaşına çatmayanlardır.

“Le Monde” qeyd edib ki, hər şey özünü qida çatdırılması xidmətləri kimi maskalayan UberShit narkotik kuryer şəbəkəsi ilə başlayıb. Bu, pandemiya zamanı, üz-üzə görüşlərin mümkün olmadığı bir vaxtda ortaya çıxıb. Şəbəkə ilə bütün əlaqə “Snapchat” və qapalı Telegram çatları vasitəsilə həyata keçirilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 656

Oxşar yazılar