"Liverpul"dan mövsümün  ilk transferi
23 may 2022 19:30 (UTC +04:00)

"Liverpul"dan mövsümün ilk transferi

Mövsümü Premyer Liqada "Mançester Siti"dən 1 xal geridə başa vuran "Liverpul" transferdə ilk addımını atıb.

Lent.az-ın xarici mediaya istnadla xəbərinə görə, "Liverpul" gələn mövsüm Premyer Liqada çıxış edəcək “Fulhem”də forma geyinən Fabio Karvalyo ilə anlaşdıqlarını açıqlayıb. 19 yaşlı yarımmüdafiəçi iyulun 1-dən etibarən 5 illik müqavilə ilə "Liverpul"a keçəcək.

Karvalyo bu mövsüm "Fulhem"in Premyer Liqaya qayıtmasında əsas rol oynayıb. Portuqaliyalı futbolçu 36 oyunda 10 qol vurub, 8 məhsuldar ötürmə edib.

"Liverpul" bu transfer üçün 5,9 milyon avro ödəyəcək. 


 

# 1605
avatar

Oxşar yazılar