Konfrans Liqası: "Fənərbaxça" və "Beşiktaş"dan  biabırçı məğlubiyyət
01 dekabr 2023 02:31 (UTC +04:00)

Konfrans Liqası: "Fənərbaxça" və "Beşiktaş"dan biabırçı məğlubiyyət

UEFA Konfrans Liqasında V turun oyunları keçirilib.

Lent.az xəbər verir ki, Türkiyənin iki təmsilçisi "Beşiktaş" və "Fənərbaxça" növbəti oyunlarına çıxıblar.

"Qara qartallar" doğma meydanda Brüqqedən nə az, nə çox 5 cavabsız qol buraxıb.

Konfrans Liqasında Türkiyənin digər təmsilçisi "Fənərbaxça" isə səfərdə "Norşellann"ın qonağı olub. Matç ev sahibi komandanın 6:1 hesablı qələbəsi ilə nəticələnib.

Qeyd edək ki, geridə qalan 5 turdan sonra "Beşiktaş"ın qrupdan çıxma şansı qalmayıb. "Fənərbaxça" isə qrupda ardıcıl aldığı 2 məğlubiyyətdən sonra ilk pillədən 3-cü yerə yuvarlanıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4224
avatar

Oxşar yazılar