Keçmiş hakim Karlos Kandia Lionel Messi ilə bağlı şok etiraf səsləndirib.
Lent.az xarici mediaya istinadla bildirir ki, söhbət 2007-ci ildə Amerika kuboku zamanı Argentina millisinin Meksika ilə qarşılaşmasından gedir.
Belə ki, Karlosun sözlərinə görə, oyun zamanı Messi topa əllə toxunub. Lakin hakim ona qırmızı kart göstərməsin deyə, ikinci sarı kartı da göstərməyib. Buna səbəb isə hakimin Messinin formasını almaq istəməsi olub.
Karlos həmin vaxt Messiyə oyundan sonra formanı verəcəksə, ikinci sarı kart göstərməyəcəyini deyib. Oyunçu buna razı olub və sonda formasını hakimə verib.
Qeyd edək ki, Messi həmin oyunda qırmızı kart alsaydı, Braziliya ilə növbəti oyunda iştirak etməyəcəkdi.