Gənc futbolçunu başından vurub öldürdülər
15 iyun 2024 13:00 (UTC +04:00)

Gənc futbolçunu başından vurub öldürdülər

Panama gənclər yığmasının nümayəndəsi başından açılan güllədən dünyasını dəyişib.

Lent.az xarici mediaya istinadla bildirir ki, ötən il 17 yaşadək futbolçulardan ibarət Panama millisi on illik fasilədən sonra dünya çempionatına qayıdıb. Kompozisiyanın vacib elementi mərkəz müdafiəçisi Qarsiya del Cid idi.

Komanda qrup mərhələsindən sonra turniri başa vursa da, müdafiəçi çıxışına görə yüksək qiymətləndirilib. Hətta ona böyüklərdən ibarət komandada uğurlu gələcək vəd edilib.

Lakin son günlər bu arzular vəhşicəsinə darmadağın edilib. Qarsiya yerli liqa oyunlarından birində baş verən iğtişaşlar nəticəsində dünyasını dəyişib.
Futbolçu məclisə azarkeş qismində çıxıb. Onun dostları bir qrup digər silahlı fanatla mübahisə edib. Atışma zamanı o, faciəvi şəkildə ölüb.

Panamalı başından yaralanıb. Stadionda təcili yardım maşınlarının çox az olması səbəbindən onu dərhal xəstəxanaya çatdırmayıblar. Futbolçu xəstəxanaya çatdırılsa da, aldığı ağır xəsarətlərdən həkimlər onun həyatını xilas edə bilməyiblər. Hadisə nəticəsində daha 5 tamaşaçı da yaralanıb. Hücum edənlər həbs edilib.

Futbolçunun cəmi 18 yaşı var idi. Onun Panama yüksək liqasında çıxış edən “Arabe Unido” klubu artıq mərhum futbolçunun ailəsinə və yaxınlarına başsağlığı verib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3234

Oxşar yazılar

Prezidentin nəvəsi FİNALDA

Prezidentin nəvəsi FİNALDA

17 may 2025 , 20:50
Ançelotti getməzdən əvvəl Mbappeyə nə dedi?

Ançelotti getməzdən əvvəl Mbappeyə nə dedi?

17 may 2025 , 19:43
Neymarın   taleyi məlum oldu

Neymarın taleyi məlum oldu

17 may 2025 , 16:36
"Real" Ronaldonun oğlu  ilə maraqlanır

"Real" Ronaldonun oğlu ilə maraqlanır

17 may 2025 , 15:20
"Real" yeni müdafiəçi aldı

"Real" yeni müdafiəçi aldı

17 may 2025 , 10:00
Amerikalı basketbolçu edam edilə bilər

Amerikalı basketbolçu edam edilə bilər

16 may 2025 , 19:59
Futbolçular aşağı liqaya düşən komandadan qaçmağa  başladılar

Futbolçular aşağı liqaya düşən komandadan qaçmağa başladılar

16 may 2025 , 18:56
Avropa Liqasında qalib gəlsələr, bu qədər  mükafat alacaqlar

Avropa Liqasında qalib gəlsələr, bu qədər mükafat alacaqlar

16 may 2025 , 16:42