Futzalçılarımız Mərakeşə məğlub oldu
28 noyabr 2023 23:03 (UTC +04:00)

Futzalçılarımız Mərakeşə məğlub oldu

AFFA-nın təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar təşkil olunan beynəlxalq turnirdə 19 yaşadək futzalçılardan ibarət Azərbaycan millisi növbəti oyununu keçirib.

Lent.az xəbər verir ki, komandamız Mərakeşdən olan həmyaşıdları ilə qarşılaşıb.

Bakı İdman Sarayında baş tutan matçda hesab 8-ci dəqiqədə açılıb. Afrika təmsilçisindən Reda adını tabloya yazdırıb. Növbəti qol təxminən 10 dəqiqə sonra vuruldu. Bu dəfə Rayane komandasına üstünlük qazandırdı. Fasiləyə 2 dəqiqə qalmış Madih fərqi 3 topa çatdırdı. Əvəzində Xəzər Ağalızadə 10 metrlik zərbəni dəqiq yerinə yetirə bilmədi. İkinci hissəyə də rəqib qolla başladı. Lahcen 5-ci qolu vurdu. Amma 30-cü dəqiqədə millimiz fərqi azalda bildi. Mirzə Əmirov penaltini dəqiq yerinə yetirdi. Bu, həm də oyunda vurulan sonuncu qol oldu.

Azərbaycan – Mərakeş (0:3)  1:5

28 noyabr. Bakı İdman Sarayı. Saat 17:00

Hakimlər: Knyaz Əmiraslanov, Rza Məmmədov, Məmmədəli Kərimov

Timekepeer: Hikmət Qafarlı

Qollar: Mirzə Əmirov, 29:15 (pen.) // İlilou Reda, 7:10, Benamar Rayane, 16:44, Madih Mohamed Reda, 18:37, Azghin İmran, 21:40, Ait Hemmou Lahcen, 26:49

Sarı vərəqələr: Xəzər Ağalızadə, 5:31, Azər Fərmanov, 14:45, İlham Alıyev, 18:07, Bəyoğlan Vəlizadə, 38:11 // Sabri El Moutadayene, 29:14

# 1209
avatar

Oxşar yazılar

Ronaldoya AĞIR CƏZA:  oyuna buraxılmayacaq

Ronaldoya AĞIR CƏZA: oyuna buraxılmayacaq

29 fevral 2024 , 09:45
Xankəndi-Bakı marafonuna start verildi

Xankəndi-Bakı marafonuna start verildi

29 fevral 2024 , 07:15
“Trabzonspor” yarımfinalda

“Trabzonspor” yarımfinalda

28 fevral 2024 , 23:00
“Qarabağ”dan səfər qələbəsi

“Qarabağ”dan səfər qələbəsi

28 fevral 2024 , 20:59
Kloppu  ləyaqətlə   yola salmalıyıq

Kloppu ləyaqətlə yola salmalıyıq

28 fevral 2024 , 19:39
"Çelsi"nin  antirekordundan   DANIŞDI

"Çelsi"nin antirekordundan DANIŞDI

28 fevral 2024 , 18:18
“Roma”dan Dibala ilə bağlı  YENİ QƏRAR

“Roma”dan Dibala ilə bağlı YENİ QƏRAR

28 fevral 2024 , 16:57
19 yaşlı futbolçunun  evində meyiti   tapıldı

19 yaşlı futbolçunun evində meyiti tapıldı

28 fevral 2024 , 14:06