Fransa nəhəngi PSJ-nin qış transfer pəncərəsində Viktor Osimhenin transferi üçün cəhd göstərəcəyi iddia edilib.
"Qalatasaray"dakı çıxışı ilə adından söz etdirən Viktor Osimhen üçün maraqlı iddia ortaya atılıb.
Lent.az bildirir ki, Fransanın “RMC Sport”unda yayılan xəbərə görə; PSJ yanvarda Viktor Osimhen üçün həmlə edəcək.
Xəbərdə baş məşqçi Luis Enrikenin mövsümün əvvəlində nigeriyalı hücumçuya veto qoyduğu, lakin Osimhenin çıxışından sonra bu qərarından peşman olduğu yazılıb.
Ulduz futbolçunun sərbəst qalma məbləğinin 75 milyon avro olması fransız nəhənginin iştahını artırdığı bildirilib.
Digər tərəfdən Viktor Osimhen sarı-qırmızılıların heyətində xoşbəxt olduğunu və mövsümü Türkiyədə başa vurmaq istədiyini açıqlayıb.