FİFA-dan “Hatayspor”a azərbaycanlı hücumçuya  görə BƏD XƏBƏR
13 yanvar 2025 19:25 (UTC +04:00)

FİFA-dan “Hatayspor”a azərbaycanlı hücumçuya görə BƏD XƏBƏR

Türkiyə Super Liqasında mübarizə aparan  “Hatayspor”a FİFA-dan bəd xəbər gəlib.

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, FİFA Renat Dadaşovun dosyesinə görə "Hatayspor"a iki müddətli idman (daimi) transfer qadağası qoyub.

Komanda CAS-a müraciət edərsə, ilk növbədə CAS-dan qərarın dayandırılmasını tələb edəcəklər. Bununla belə, icranın dayandırılması qərara alınarsa, mövsüm ortası fasilədə yeni oyunçu transfer oluna bilər.

Ötən mövsüm “Hatayspor”da çıxış edən Renat Dadaşov 14-ü ilk 11-də olmaqla 33 oyunda iştirak edib, 6 qol vurub.

25 yaşlı azərbaycanlı hücumçu hazırda I Liqada mübarizə aparan "Ankaragücü"ndə çıxış edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1122
avatar

Oxşar yazılar