FHN-in əməkdaşları badminton yarışında yüksək nəticələr göstəriblər
17 iyul 2024 14:17 (UTC +04:00)

FHN-in əməkdaşları badminton yarışında yüksək nəticələr göstəriblər

İyulun 5-də Bakı şəhəri 2 saylı Texniki-humanitar liseyin idman zalında Gənclər və İdman Nazirliyi və Azərbaycan Badminton Federasiyasının təşkilatçılığı ilə dövlət qurumlarının əməkdaşları (kişilər və qadınlar) arasında badminton yarışı keçirilib.

Lentt.az FHN-ə istindən xəbər verir ki, 12 dövlət qurumundan 30-a yaxın əməkdaşın iştirak etdiyi yarışda qadınlar arasında nazirliyini Xüsusi Riskli Xİlasetmə Xidmətinin əməkdaşı, daxili xidmət leytenantı Şahrun Salmanova 4 görüş keçirərək yarışın gümüş medalının sahibi olub.

Qaliblərə Gənclər və İdman Nazirliyinin diplom və medalları təqdim olunub.

İyulun 6-da Bakı Atıcılıq Mərkəzində Gənclər və İdman Nazirliyi və Azərbaycan Atıcılıq Federasiyasının birgə təşkilatçılığı ilə dövlət qurumlarının əməkdaşları (kişilər və qadınlar) arasında stend atıcılığı üzrə yarış keçirilib.

Yarışda 20 dövlət qurumundan 57 əməkdaş (19 qadın və 38 kişi) iştirak edərək öz qüvvələrini sınayıblar.

Yarışda iştirak edən FHN-in stend atıcılığı idman növü üzrə üzvü və İdman-sağlamlıq klubunun əməkdaşı, kapitan Tural Həsənli 15 hədəfdən 12-ni düzgün yerinə yetirərək bürünc medala sahib oub.

Qaliblərə Gənclər və İdman Nazirliyi tərəfindən diplom, medal və hədiyyələr təqdim olunub.

İyulun 13-də İçərişəhərdə Gənclər və İdman Nazirliyi, Azərbaycan Milli İdman Növləri Assosiasiyasının, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin birgə təşkilatçılığı ilə dövlət qurumlarının əməkdaşları (kişilər və qadınlar) arasında nərd üzrə yarış keçirilib.

İçərişəhərdə təşkil olunan yarışda 21 dövlət qurumundan 48 əməkdaş (40 kişi və 8 qadın) iştirak edərək əzmkar mübarizə aparıblar.

Kişilər arasında keçirilən nərd yarışında FHN-in Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin əməkdaşı Polad Həsənov 5 görüş keçirərək yarışı ikinci pillədə başa vuraraq gümüş medal qazanıb.

Qaliblərə Gənclər və İdman Nazirliyinin diplom və medalları təqdim olunub.

13-14 iyul tarixlərində Qusar rayonu Şahdağ turizm kompleksində Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə 10, 18, 34 km məsafələrə qaçış üzrə “Shahdag running fest” turniri keçirilib.

80-dən çox idmançının iştirak etdiyi yarışda idmançılar öz qüvvələrini sınayaraq əzmkar mübarizə aparıblar. Belə ki, kişilər arasında FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşı gizir Cəlal Süleymanov 34 km məsafəni 3 saat 52 dəqiqə hamıdan tez tamamlamağı bacarıb və yarışın qızıl medalın sahibi olub.

Qalibə Gənclər və İdman Nazirliyinin medalı təqdim olunub.

17 iyul 2024-cü il tarixində FHN-in İdman-sağlamlıq klubunun rəisi polkovnik Füzuli Musayev yarışlarda uğur əldə etmiş əməkdaşlarla görüşərək onları təbrik edib, gələcək yarışlarda uğurlar arzulayıb.

FHN-in əməkdaşları badminton yarışında yüksək nəticələr göstəriblər

FHN-in əməkdaşları badminton yarışında yüksək nəticələr göstəriblər

FHN-in əməkdaşları badminton yarışında yüksək nəticələr göstəriblər

FHN-in əməkdaşları badminton yarışında yüksək nəticələr göstəriblər

FHN-in əməkdaşları badminton yarışında yüksək nəticələr göstəriblər

FHN-in əməkdaşları badminton yarışında yüksək nəticələr göstəriblər

FHN-in əməkdaşları badminton yarışında yüksək nəticələr göstəriblər

FHN-in əməkdaşları badminton yarışında yüksək nəticələr göstəriblər

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2094
avatar

Oxşar yazılar