“Fənər”dən inamlı qələbə
19 yanvar 2025 22:06 (UTC +04:00)

“Fənər”dən inamlı qələbə

0

Futbol üzrə Türkiyə Super Liqasında XX turun matçları davam edir.

Lent.az xəbər verir ki, ikinci oyun günündə “Fənərbaxça” səfərdə “Adana Dəmirspor”un qonağı olub.

İlk hissəsi qolsuz yekunlaşan qarşılaşma “sarı-lacivərdlilər”in forvadları Edin Dzeko və Yusuf En-Nesri matçın taleyini həll edib.

Görüş qonaqların 4:0 hesablı qələbəsi ilə nəticələnib.

Turun digər matçında isə Arda Turanın rəhbərlik etdiyi “Eyüpspor” doğma meydanda “Alanyaspor”dan üstün olmağı bacarıb.

Türkiyə Super Liqası
XX tur

14:30. “Göztəpə” – “Antalyaspor” - 1:0
17:00. “Konyaspor” – “Kasımpaşa” - 3:3
20:00. “Adana Dəmirspor” – “Fənərbaxça” - 0:4
20:00. “Eyüpspor” – “Alanyaspor” - 3:0

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2369

Oxşar yazılar